image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577580164_1385078149638626_388486238279292827_n

Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi

image-legitimaz-810x90

Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi.

Azərbaycan xalqının taleyində elə günlər var ki, onlar təkcə bir dövrün deyil, bütöv bir millətin tarixini dəyişir. Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. 44 gün davam edən müharibə Azərbaycan Liderinin müdrikliyini, dövlətimizin gücünü, Ordumuzun qüdrətini, xalqımızın iradəsini bütün dünyaya göstərdi. Otuz ilə yaxın davam edən işğalın, sarsıntıların, danışıqların sonunda Azərbaycan xalqı öz tarixi torpaqlarını azad, ədaləti bərpa etdi. Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi. Bu birliyin mərkəzində xalq–dövlət–ordu birliyi dayanırdı.

Bu Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə isə təsadüfi deyildi. Çünki bu nailiyyətin arxasında Qələbəni təmin edən uğurlar dayanırdı. Hələ illər öncə Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Əsasən də ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində bir yumruq kimi birləşərək dünyaya sübut etdi ki, ədalət, birlik və Vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər nəsildən-nəslə ötürüləcək, şəhidlərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti, xalqımızın iradəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacaq. Bu gün azad edilmiş ərazilərimizdə üçrəngli Bayrağımızım dalğalanması  milli qürurumuzun, kimliyimizin təqdimatıdır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki