image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-537366588_1320306429449132_8120932904939512432_n

Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik

image-legitimaz-810x90

Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik.

“Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi”. Bu fikirləri Prezident cənab İlham Əliyev Kəlbəcər şəhərinə ilk köç edən sakinlərlə görüşündə deyib. Vətən müharibəsindən başlayan şanlı yol 5 il ərzində həm hərbi, həm də diplomatiya masasında  qələbələrlə davam edir. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu cəmi 44 gündə əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 30 il ərzində münaqişənin həlli istiqamətində heç bir iş görməyən, hərbi yolla həllinin mümkünsüzlüyünü ifadə edən beynəlxalq təşkilatlara cavab olaraq Azərbaycan müddətsiz danışıqlara öz gücü ilə son qoydu. 8 noyabr zəfərimizin Şuşa zirvəsi ilə Azərbaycan artıq qalib ölkəyə çevrildi. Azərbaycanın zəfəri yalnız hərb meydanı ilə başa çatmadı. Məğlub tərəf olaraq 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atmağa məcbur olan Ermənistan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etdi. Beləliklə, şanlı tariximizə daha bir səhifə yazıldı. Bu, Azərbaycanın həm də siyasi müstəvidə qələbəsi idi.

Azərbaycan torpaqlarını düşmən tapdağından azad etsə də, ərazilərimizdə qanunsuz qalan erməni hərbi birləşmələri tez-tez müxtəlif təxribatlar törədərək təhlükə yaradırdılar. Buna görə Azərbaycan separatçıların ərazilərimizdən çıxarılması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirdi.

Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın əsas hədəfi bütün ərazilərin suverenliyini tam bərpa etmək idi. Bunun üçün isə Ermənistanın üçtərəfli bəyənatla üzərinə götürdüyü, amma yerinə yetirmədiyi erməni silahlı qüvvələrinin geri çəkilməsi öhdəliyini Azərbaycan yenə özü yerinə yetirməli oldu. 2023-cü il sentyabrın 19-da başlanan antiterror tədbirləri sentyabrın 20-də uğurla başa çatdırıldı. Qanunsuz birləşmələrin məhv edilməsi ilə separatizmin kökü kəsildi, Azərbaycan suverenliyini tam bərpa etdi. Qarabağda təhlükəsizliyin qarantına yol açan antiterror əməliyyatları dövlət başçısının da qeyd etdiyi kimi, 8 noyabr qədər şərəfli və tarixi günlərdir. Uğurlu əməliyyatların nəticəsi olaraq bu gün Azərbaycan xalqı 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi qeyd edir.

2020-ci ildən başlayan şanlı tariximizə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, apardığı uğurlu daxili və xarici siyasəti, dönməz mövqeyi sayəsində möhtəşəm hadisələr yazılıb. Azərbaycanın nüfuzunu dünyada möhkəmləndirən, gücünə güc qatan hər bir qalibiyyət və uğur Cənubi Qafqaza sülhü gətirən böyük lider İlham Əliyevin uğurlu siyasəti, gərgin əməyidir.

İkinci Qarabağ savaşından dərhal sonra işğaldan azad edilən ərazilərdə başlayan tikinti-quruculuq işləri nəticəsində bərpa edilən və yenidən qurulan hər bir şəhər, kənd Azərbaycanın iqtisadi gücünün bariz nümunəsidir. Aparılan sürətli bərpa işlərinin nəticəsi idi ki, Vətən müharibəsindən iki il ötməmiş Azərbaycan şərəfli tarixinin Böyük qayıdış səhifəsini də açdı. Bu, illərlə gözüyaşlı, doğma yurdundan didərgin düşmüş vətən həsrətlilərinin arzularının gerçəkləşdiyi gün idi.

Azərbaycanın Zəfər tarixindən danışarkən 2025-ci ilin avqustun 8-ni  xüsusi vurğulamaq lazımdır. Sülh gündəliyinin müəllifi Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasətinin ifadəsi olaraq Vaşinqtonda keçirilən sülh sammiti tarixi görüş kimi yadda qaldı. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq hazırladığı sülh müqaviləsinin mətni, yəni ölkəmizin irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul olunaraq paraflandı. Beləliklə, Prezident cənab İlham Əliyev uzaqgörən, qətiyyətli mövqeyi ilə Cənubi Qafqaza əmin-amanlığı, təhlükəsizliyi, sabitliyi gətirən daha bir uğura imza ataraq şanlı tariximizin daha bir parlaq səhifəsini yazdı.

 

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki