image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528316897_1310156620464113_4915638705846707540_n

Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

image-legitimaz-810x90

Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri son illər ərzində Azərbaycanın qazandığı uğurlar Zəfər diplomatiyasının yeni səhifəsini açaraq, dövlətimizin beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ səfəri ölkəmizin regional və qlobal səviyyədə əldə etdiyi siyasi-diplomatik nailiyyətlərin bariz ifadəsi kimi tarixə qızıl hərflərlə yazılıb. Səfərin siyasi məzmunu Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş tarixi Sammitin nəticələrinə əsaslanır. Bu görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı olub. Sammitin nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Həmin sənəd Azərbaycanın uzun illər irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə rəsmi təsdiqi və dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bəyannamə həm regionda davamlı sülhün bərqərar olunmasına, həm də iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən strateji sənəd kimi tarixi əhəmiyyət kəsb edir. Bəyannamədə xüsusi yer tutan müddəalardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı qərar olub. Burada Sazişin qısa müddətdə imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi açıq şəkildə vurğulanıb. Sammit çərçivəsində mühüm diplomatik addımlardan biri də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması olub. Bu addım 2020-ci ildən bəri Azərbaycan tərəfindən ardıcıl olaraq gündəmdə saxlanılan və sülh prosesinin qarşısında duran ən ciddi maneələrdən birinin aradan qaldırılması baxımından strateji əhəmiyyətə malikdir. Birgə Bəyannamədə əksini tapan digər mühüm məsələ regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəa olub. Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı yeni infrastruktur layihəsinin həyata keçirilməsi qərara alınıb. ABŞ tərəfindən reallaşdırılacaq bu layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihə təkcə iki bölgə arasında birbaşa əlaqə təmin etməklə kifayətlənməyəcək, həm də regionun iqtisadi inteqrasiyasına, ticarət həcminin artmasına və ümumi sabitliyin güclənməsinə töhfə verəcəkdir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Bu sənədə əsasən, qarşıdakı altı ay ərzində iki ölkə arasında enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet istiqamətləri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Bu təşəbbüs ikitərəfli münasibətlərin institusional əsasda möhkəmlənməsinə, qarşılıqlı maraqların daha da genişləndirilməsinə və gələcək əməkdaşlığın uzunmüddətli çərçivəsinin yaradılmasına xidmət edəcəkdir.

 Zərdab Rayon ağsaqqalı-Rasim Hüseynov.


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki