image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e7d3be635b9ae3dd640c1b8e28a7c7cb

Avropa ölkəsi ordu heyətini iki dəfəyə yaxın artırır – İntensiv müharibəyə hazırlıq başlanır

image-legitimaz-810x90

Belçika 2035-ci ilə qədər silahlı qüvvələrinin sayını 31 min nəfərdən 55.800 nəfərə qədər artırmaq niyyətindədir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Krallığın Müdafiə Nazirliyi tərəfindən dərc edilən və ölkənin müdafiə naziri Teo Frankenin rəhbərliyi ilə hazırlanmış “Strateji baxış” sənədində əksini tapıb.

Sənəddən aydın olur ki, ordunun vəzifəsində də dəyişiklik edilib: “ekspedisiya missiyalarında iştirakdan” “NATO-nun kollektiv müdafiəsi çərçivəsində yüksək intensivlikli münaqişəyə hazırlığa”: “2035-ci ilə qədər ordunun şəxsi heyəti, o cümlədən hərbi qulluqçular, dövlət qulluqçuları və ehtiyatda olanlar 55,8 min nəfərə qədər genişləndirilməlidir”.

Sənəddə qeyd edilir ki, yeni Belçika ordusu “NATO-nun kollektiv müdafiəsi kontekstində hərbi çəkindirmə və yüksək intensivlikli münaqişələrdə iştirak” üçün hazırlanacaq.

Yeni strategiyaya əsasən Belçika 2035-ci ilə qədər hərbi ehtiyaclar üçün 140 milyard avro ayırmaq niyyətindədir ki, bunun da 34 milyard avrosu yeni silahların, o cümlədən təyyarələrin, gəmilərin və pilotsuz sistemlərin əldə edilməsinə sərf olunacaq: “Silahlı qüvvələrin hava hissəsi üçün ABŞ-dan əlavə 11 ədə F-35 təyyarəsi alınacaq (əvvəllər sifariş edilmiş 34-ə əlavə olaraq – red.)”. Həmçinin Ordunun “dəniz komponenti” üçün “sualtı əleyhinə freqat və logistik dəstək gəmisi” alınacaq. Bundan əlavə, Müdafiə Nazirliyi müxtəlif tipli onlarla dəniz və hava pilotsuz təyyarəsini istifadəyə vermək, həmçinin “süni intellekt sistemlərinin, kibertəhlükəsizlik və kosmik intellektin tətbiqinin genişləndirilməsinə” sərmayə yatırmaq niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki