image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-baliqci

Astarada balıqçı dənizdə boğuldu

image-legitimaz-810x90

Astara rayon sakini dənizdə boğulub.

Xeberaz.info” xəbər verir ki, hadisə rayonun Şahağacı kəndi ərazisində baş verib.

1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək məqsədilə evlərinin yaxınlığındakı çimərliyə gedib. Bir qədər dərinə üzən X.Əsədullayev boğulub.

Onun meyiti ətrafdakıların köməyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun bacısı Bəsti Əsədullayeva bildirib ki, qardaşı uzun illər peşəkar balıqçılıqla məşğul olub və son günlər özünü halsız və taqətsiz hiss edirmiş.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

 

İlkin Rza


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki