image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fidan-arakci

Arakçı Fidanla danışdı: Raketlər İranın deyil…

image-legitimaz-810x90

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Telefon danışığında Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu və Ankaranın bu hücuma qarşı tədbirlər görməyə davam edəcəyini diqqətə çatdırıb.

Arakçı isə öz növbəsində Türkiyə hava məkanını hədəf alan raketlərin İrandan qaynaqlanmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırmaların aparıldığını qeyd edib.

Bundan əlavə, türkiyəli nazir bütün tərəfləri regional təhlükəsizliyi poza və mülki şəxslər üçün risk yarada biləcək addımlarla bağlı diqqətli olmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki