image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1a550cc325032d26a5bbd18ff11331e1

Aqşin Fatehin restoranı bağlandı

image-legitimaz-810x90

Müğənni Aqşin Fatehin restoranı bağlanıb.

Xeberaz.info xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb.

Aqşin “”By Fateh” bağlandı” deyərək yeni məkan açacağını bildirib.

Qeyd edək ki, restoran yerləşdiyi ərazidə səs-küyə görə sakinləri narahat etmiş və şikayətlərə görə cəzalandırılmışdı. Bir neçə gün əvvəl isə Qida Təhlükəsizliyi Agentliyi restoranda yoxlama aparıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki