image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1754646571-yanginsondurn2

Abşeronda ev və maşın yandı

image-legitimaz-810x90

Abşeron rayonunun Məmmədli kəndində ev və avtomobil yanıb.

“Xeberaz.info” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Məmmədli kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 m² sahədə, evə bitişik sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki