image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529953032_1310136987132743_440879287686886184_n

ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılıb

image-legitimaz-810x90

ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılıb.

Cənab Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Azərbaycan əlaqələrində yeni və uğurlu gələcəyə hesablanmış səhifələr açır və bu əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” bunun bariz göstəricisidir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edəcək:

  • Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
  • Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə;
  • Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq;

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

1992-ci ildə “Azadlığı Müdafiə Aktı” adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunmuşdu. Qərəzli Bayden administrasiyası dövründə 907-ci düzəlişin yenidən canlandırılmasına və bundan ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılmışdı.

Ölkəmizin rəhbərinin ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalandı. Bununla Azərbaycan xalqına qarşı həyata keçirilən 33 illik haqsızlığa son verildi.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki