image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1767952331-1761493525_1756804352_trampp-1

“ABŞ Baydenin Ukraynaya verdiyi milyardları geri qaytaracaq” – Tramp

image-legitimaz-810x90

Vaşinqton əvvəllər nadir torpaq metallarının tədarükü müqaviləsi vasitəsilə Kiyevə köçürülmüş milyardlarla ABŞ dollarını geri qaytaracaq.

“Xeberaz.info” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə açıqlayıb.

“Biz pulumuzu geri istəyirik”, – deyə Amerika lideri bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası Ukraynaya 350 milyard dollar geri qaytarılmayan vəsait ayırıb. Tramp qeyd edib ki, bu vəsaitlərin geri qaytarılmasını təmin etmək üçün çalışmalıdır. O izah edib ki, gələcək əməkdaşlıq üçün şərt əvvəllər ayrılmış vəsaitləri kompensasiya edəcək nadir torpaq metallarının tədarüküdür.

Tramp həmçinin Ukraynadakı münaqişənin ABŞ-yə əhəmiyyətli dərəcədə təsir göstərmədiyi fikrini də dilə gətirib.

Xatırladaq ki, Vaşinqton və Kiyev 30 apreldə Ukraynanın təbii sərvətlərinə çıxış barədə razılığa gəliblər. Elə həmin gün Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevin bütün yeni lisenziyalardan və mineral hasilatından əldə edilən gəlirlərin 50 faizini ABŞ ilə birgə fonda bağışlayacağını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki