Ən son xəbərlər:

26.02.2024/17:52/ Macarıstan İran üçün Avropaya qapı rolunu oynaya bilər

Macarıstan İran üçün Avropaya qapı rolunu oynaya bilər

Budapeşt Tehrana Macarıstan vasitəsilə Avropa ilə ticarət etməyi təklif etdi. Bu barədə IRNA-ya müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Avropa İttifaqının və Şengen zonasının üzvü olduğumuz üçün Macarıstan asanlıqla İran üçün Avropaya açılan qapı kimi görünə bilər. Sizin iqtisadiyyat və maliyyə nazirinizdən eşitdiyimə görə, bir çox Avropa ölkələri birbaşa İranla və üçüncü ölkələrin köməyi ilə ticarət edir. İnanıram ki, Macarıstan sizin üçün iqtisadi və ticari əməkdaşlıq sahələrində qapı rolunu oynaya bilər”, – İran agentliyi nazirin sözlərindən sitat gətirib.

Szijyarto vurğulayıb ki, Macarıstan azad və ədalətli qlobal ticarətin tərəfdarıdır. Onun sözlərinə görə, xarici sərmayənin olması ölkə iqtisadiyyatının fəaliyyəti üçün müəyyənedici amildir.