image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751655062_eb054fe8c834a07c0c33fac755b8074e

Xankəndində keçirilən Zirvə görüşü bütün dünyaya göstərdi ki, Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik, iqtisadi dirçəliş və siyasi müzakirə məkanıdır

image-legitimaz-810x90

Xankəndində keçirilən Zirvə görüşü bütün dünyaya göstərdi ki, Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik, iqtisadi dirçəliş və siyasi müzakirə məkanıdır

İqtisadi Əməkdaşlıq Təşkilatını bizim üçün vacib edən daha bir addımı onun 17-ci Zirvə görüşünün Azərbaycanın tarixi torpağı olan Xankəndi şəhərində keçirilməsi oldu. Son illər ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi mərkəzinə çevrilib. Belə tədbirlərin işğaldan azad edilmiş şəhərlərimizdə keçirilməsi xüsusilə önəmlidir. Eyni zamanda, həmin torpaqlarda bu gün baş verənlər gələcək üçün sənəd, hüquqi akt və maddi sübutdur. Bütün dünya görür ki, dövlətimiz öz tarixi torpağına necə sahib çıxır. İşğal zamanı düşmən tərəfindən viran qoyulmuş, cinayətkarlığın, qaçaqmalçılığın, narkoticarətin və separatizmin mərkəzi olmuş ərazilərimiz yenidən qurulur, bərpa edilir. İllərlə işğalda qalmış ərazilərimiz indi əməkdaşlıq və sabitlik yurduna, region və dünyamız üçün əhəmiyyətli mərkəzlərə çevrilir.

Qarabağın rəsmi şəhəri hesab edilən Xankəndində baş tutan belə bir mötəbər tədbir ölkəmizin siyasi, iqtisadi, mədəni baxımından regionun aparıcı aktorlarından olduğunu, beynəlxalq tədbirlərin yüksək səviyyədə və təhlükəsiz şəkildə keçirilməsində böyük təcrübəyə malik olduğunu göstərir. Belə tədbirləri keçirməklə biz bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan beynəlxalq əməkdaşlığın, sülhün, sabitliyin, bərabər hüququn, başqa xalqların və dövlətlərin də rifahını düşünən bir ölkədir.

Zirvə çərçivəsində müzakirə edilən mövzular – dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri – Azərbaycanın prioritetlərinə uyğundur və onun müasir beynəlxalq gündəliyə verdiyi töhfələrin məntiqi davamıdır.

Xankəndi şəhərində keçirilən Zirvə görüşü ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda, o cümlədən ECO-da təşəbbüskar mövqeyə malik olduğunu və regional əməkdaşlığa verdiyi praktik töhfələrin yük           sək dəyərləndirildiyini bir daha sübut edir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, yaşıl enerji zonaları, ağıllı şəhər konsepsiyaları, ekoloji layihələr bu zirvənin ruhuna tam uyğun oldu.

Dünyada təmiz enerji texnologiyalarının rolu sürətlə artır. Bu sahədə verilən rəsmi proqnozlara görə yaxın illərdə bərpaolunan enerji mənbələri dünya enerji istehsalında böyük hissəyə malik olacaq. Azərbaycan da bu sahədə yeni layihələr həyata keçirərək regionun qabaqcıl ölkəsinə çevrilib.

ECO-nun Təmiz Enerji Mərkəzi ölkəmizdə yerləşir və regionda enerji transformasiyasını təşviq edir. Dövlətimizin başçısı yaşıl enerjini ölkənin əsas prioritetlərindən biri elan edib.

Xankəndində keçirilən Zirvə görüşü bütün dünyaya göstərdi ki, Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik, iqtisadi dirçəliş və siyasi müzakirə məkanıdır. Görüş zamanı verilən təkliflər yalnız Azərbaycan deyil, bütövlükdə regionumuzun gələcəyi üçün strateji əhəmiyyətə malikdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın qurucusu, təşkilatçısı, diplomatik balansı təmin edən bilən lider ölkədir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki