Çin Budapeşt Memorandumunu imzalayanlardan biri olub, ona əsasən Ukrayna müəyyən təhlükəsizlik zəmanətləri müqabilində Rusiyaya nüvə silahını verib. Lakin Pekin bu zəmanətləri özünəməxsus şəkildə şərh edir.
”Xeberaz.info” xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.
“Çinin Budapeşt Memorandumu ilə bağlı maraqlı rəsmi mövqeyi var: Biz tamamilə məsuliyyət daşıyırıq və bu sənədə əsasən, Ukraynaya verilən zəmanətləri təsdiq edirik. Lakin Pekin bunu belə şərh edir: Çin Ukraynaya nüvə silahı ilə hücum etməyəcək. Onlar bu “zəmanətləri” belə görürlər”- Çalıy bilər.
Diplomatın sözlərinə görə, Budapeşt Memorandumu Ukraynanın buraxdığı səhvləri, xüsusən də reallıqları lazımınca qiymətləndirmədiyini göstərir.
Çalıy qeyd edib ki, o zaman Kiyevdə şişirdilmiş bir inam var idi ki, kağızda imzalananlara mütləq əməl oluancaq.


























