ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Arktika təhlükəsizliyi ilə bağlı kəskin açıqlama verib.
Xeberaz.info xəbər verir ki, Trampın sözlərinə görə, NATO artıq 20 ildir Denmark hökumətinə Rusiyanın mümkün təhlükəsini Qrenlandiya ərazisindən uzaq saxlamağın zəruriliyini bildirir, lakin Kopenhagen bu müddətdə real nəticə ortaya qoymayıb.
Trampın iddiasına əsasən, Danimarkanın passiv mövqeyi Arktikada təhlükəsizlik balansını zəiflədib və bu, daha ciddi addımların qaçılmaz olduğunu göstərir. O, artıq “səbrin tükəndiyini” vurğulayaraq prosesin yeni mərhələyə keçəcəyinə işarə edib.
“NATO 20 ildir Danimarkaya deyir ki, Rusiya təhlükəsini Qrenlandiyadan uzaq saxlamaq lazımdır. Təəssüf ki, Danimarka bu istiqamətdə heç nə edə bilmədi. İndi isə zaman yetişib və bu, həyata keçiriləcək”, – deyə Tramp bildirib.


























