image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-screenshot_2026-02-26-20-26-55-762_com-whatsapp-edit

Zərdabda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

image-legitimaz-810x90

Xeberaz.info xəbər verir ki, Zərdab rayonunda saat 17:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb,  avtomobillər siqnal verib.

Ölkənin digər şəhər və rayonlarında, eləcə də Zərdab rayonunda dövlət bayrağı endirilib.

Zərdab rayonunun yüzlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Vüqar Rəhimov 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki