image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1758898522835

Zərdabda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib-FOTO

image-legitimaz-810x90

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Dəli Quşçu kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Xeberaz.info xəbər verir ki, görüşdə müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev, gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir.

Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.

Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

image-fb_img_1758898522835 image-fb_img_1758898526092 image-fb_img_1758898530358


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki