image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1748246356962

Zərdabda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib-FOTO

image-legitimaz-810x90

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev mərkəzində Dəli Quşçu, Gəlmə və İsaqbağı kənd tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Xeberaz.info” xəbər verir ki, görüşdə müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Ramil Salayev gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir.

Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Vüqar Rəhimov 

image-fb_img_1748246356962 image-fb_img_1748246359385 image-fb_img_1748246361849


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki