Heydər Əliyev mərkəzində Zərdab rayonu üzrə 2024-2025-ci tədris ilini qızıl nişanla bitirən, Respublika Fənn Olimpiadalarında, Fənn müsabiqəsində uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib.
“Xeberaz.info” xəbər verir ki, görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər, tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb. Ölkəmizdə təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, bu gün onun siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verdiyindən, müstəqil Azərbaycanı inamla işıqlı gələcəyə doğru apardığından söhbət açıb. Qeyd edib ki, rayon üzrə cari ildə 420 nəfər tam orta məktəbi bitirmiş, 173 nəfər Respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. Onlardan 10 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin iki məzunu- Aslanova Fəridə Polad qızı 679 bal, Xəlilova Nurcan Bəxtiyar qızı 656 bal, şəhər 1 saylı məktəb liseyin iki məzunu –Məmmədova Nuray Etibar qızı 676 bal, Ağayev Cavid Şahin oğlu 638 bal, şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin iki məzunu –Rəfiyeva Solmaz Mehman qızı 651,7 bal, Şirinova Aysun Ruslan qızı isə 647,1 bal, İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məmmədli Türkan Bəhruz qızı-656,2 bal, Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Abbaslı Selcan Əliheydər qızı 644 bal, Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məmmədli Familə Muğan qızı 613 bal, Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Qədirli Mədinə Məhəmməd qızı isə 611 bal toplayaraq Respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. 22 nəfər məzun isə 500 baldan yüksək nəticə göstərmişdir. Qürurverici haldır ki, İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin 10 məzununun hər biri ali məktəbə daxil olmuşdur.
Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidlərə əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub, həmçinin rayonun təhsil həyatında səmərəli fəaliyyəti ilə fərqlənən şəxslər Fəxri Fərmanlarla təltif ediliblər.