image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260209-wa0043

Zərdabda “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” keçirilib –FOTO

image-legitimaz-810x90

7 fevral 2026-cı il tarixində Gənclər Fondunun Konstitusiya və Suverenlik İli çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibi olan “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” layihəsi Zərdab rayonunda keçirilmişdir.
Layihənin maliyyədə dəstəyini Azərbaycan Respublikasının Gənclər Fondu həyata keçirmişdir. Layihənin tərəfdaşları isə Gənclərin Elmi Araşdırmalar Mərkəzi
İctimai Birliyi və
Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyidir.

Xeberaz.info” xəbər verir ki, layihənin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesində formalaşan milli liderlik modelinin gənc müəllimlər arasında daha dərindən öyrənilməsi, bu mövzuda innovativ ideyaların və təşəbbüslərin ortaya qoyulması olub.

Tədbirdə 35 gənc müəllim iştirak edib. Müəllimlər 7 qrup üzrə bölünərək “İlham Əliyev amili: ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında” mövzusu ətrafında ideyalar hazırlayıb, layihə təkliflərini təqdim ediblər. Təqdim olunan ideyalar ekspertlər tərəfindən əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.

İdeya müsabiqəsinin yekununda ən uğurlu nəticə göstərən qalib komanda kubok və medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Layihənin təşkilində fəal iştirak edən müəllimlərə və tərəfdaşlara xüsusi təşəkkür ifadə edilib.

Layihə gənc müəllimlərin intellektual potensialının üzə çıxarılması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və milli ideologiyanın tədris prosesində daha effektiv şəkildə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin təşəbbüsçüsü və rəhbəri — UNEC tələbəsi, Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Rüfət Abdullayevdir.

#GənclərFondu
#YouthFundAz
#KonstitusiyaVəSuverenlikİli
#SuverenAzərbaycan
#QalibLider
#İlhamƏliyev
#MilliDövlətçilik
#GəncMüəllimlər
#Gənclərinİnkişafı
#İdeyaMüsabiqəsi
#Zərdab

image-img-20260209-wa0036 image-img-20260209-wa0037 image-img-20260209-wa0038 image-img-20260209-wa0039 image-img-20260209-wa0040 image-img-20260209-wa0041 image-img-20260209-wa0042 image-img-20260209-wa0044 image-img-20260209-wa0045 image-img-20260209-wa0046 image-img-20260209-wa0047 image-img-20260209-wa0048 image-img-20260209-wa0043


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki