image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f87d542e42e3f81cb3f8481293d81b92

Zərdabda nümunəvi mülki müdafiə məşqi keçirilib-FOTOLAR

image-legitimaz-810x90

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Zərdab rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Xeberaz.info” xəbər verir ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Aran Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Zərdab Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

image-f87d542e42e3f81cb3f8481293d81b92

image-82db62bc10c83980e48f6191f2ac3755

image-71ac1c9eb798caaf2c4121d5eee6a40e

image-ac9f8df1ce2e708a82068bd52d6e5e52

image-d52775bb1bd6281262b97f81abbe620c

image-029ee88c84229eec3ebdc65e0ae7c2b2

image-64b4c089f1c0ea2c28931b0654c05514


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki