Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Pərvanlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Xeberaz.info xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Pərviz Hüseynov
əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində həyata keçirilən qətiyyətli əməliyyat tədbirlərindən danışıb.
Daha sonra çıxış edən digər iştirakçılar da məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumatlar verərək keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıblar.
Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.


























