image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-33e282b9-067a-45c4-a436-38c89bd9445a

Zərdabda “Narkomaniya yox deyək” mövzusunda tədbir keçirilib – FOTOLAR

image-legitimaz-810x90
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində narkomaniya ilə mübarizə, gənclərin zərərli təsirlərdən qorunması və ictimai təhlükəsizlik mövzularını əhatə edən maarifləndirici tədbir keçirilib.
İlk öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri 1 dəqiqə sükutla yad edilib.
”Xeberaz.info” xəbər verir ki, görüşdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev çıxış edərək narkotik vasitələrin yaratdığı ciddi təhlükələr, onların gənclərin sağlamlığına, psixologiyasına və gələcək həyatına vurduğu zərərlər barədə geniş məlumat verib.
Polkovnik-leytenant bununla yanaşı, erkən nikah hallarının yaratdığı hüquqi və sosial fəsadlara, eləcə də dini radikalizmin gənclər üçün daşıdığı risklərə toxunub. O bildirib ki, bu mövzuların hər biri cəmiyyətdə narahatlıq yaradan məsələlərdir və gənclərin doğru istiqamətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində şagirdlərə real həyat nümunələri əsasında izahlar təqdim olunub, zərərli təsirlərdən qorunma yolları barədə tövsiyələr verilib.Görüş, həmçinin şagirdlərin sosial mühitdə qarşılaşa biləcəyi risklərin düzgün qiymətləndirilməsinə yönəlib.
Tədbirdə çıxış edənlər, Zərdab rayon Prokuroru Zaur Əliyev, rayon Icra Hakimiyyəti başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova,Təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Mərkəzi Xəstəxananın baş həkimi Sevinc Məmmədova, Icra Aparatının Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəyalə Niftəliyeva, H.B.Zərdabi adına 1 nömrəli məktəb liseyinin müəllimi Səliqə İsmayılova vurğulayıblar ki, bu gün bəşəriyyəti düşündürən problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Bu bəşəri bəlaya qarşı mübarizə aparmaq cəmiyyətin hər bir üzvünün borcudur. Müəllim və valideynlər bu işdə hüquq mühafizə orqanlarına kömək etməli, gənclərin davranışına diqqətlə yanaşmalıdırlar.
Tədbirdə, həmçinin polis polkovnik-leytenantı Murad Asifoğlu Polis Akademiyası barədə də məlumat verib. Qeyd olunub ki, Akademiya ölkənin daxili işlər orqanları üçün peşəkar kadrlar hazırlayan nüfuzlu təhsil ocağıdır. Burada hüquq sahəsi, xidmət hazırlığı və müasir təhlükəsizlik standartları üzrə yüksək səviyyəli tədris həyata keçirilir.Sonda şagirdlərin mövzularla bağlı ünvanladıqları suallar dinlənilib və ətraflı şəkildə cavablandırılıb.
Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.
Vüqar Rəhimov

image-33e282b9-067a-45c4-a436-38c89bd9445aimage-8c72fc14-f519-4c9a-bd39-8a30161926b2image-18462663-f168-44f4-9db1-6db98475a73dimage-b0b419f8-78ec-4d27-a835-8b5fedf20355image-d781769f-c054-4782-9667-0676f53bcf11image-0d57a786-1968-43b3-93ac-e6e74801daeaimage-33b9e89c-a735-4677-9bd2-db1d37bf4d9aimage-68bc648d-c2c9-4cb5-88f6-5a546efcf35fimage-deb01c95-de21-43bd-809f-923bdd16cec0image-c557707a-2325-44bb-b052-17dc2d4cbdbbimage-96988e6e-742b-4c99-911d-b00c599e815eimage-6c67f762-45f7-4099-9850-7e3668cdde8fimage-1f8200ae-b356-4b38-8c17-a7889e11f676image-d5b6028b-31ee-462f-9e8d-10aa379219bcimage-e3ba39a3-029f-48e9-8ff6-a6c51a27e7b6image-cfd9f544-f908-4ff8-8ebe-9fc88e51a03eimage-eb9a99b9-2e36-433d-a711-67543dbac8e4image-87e36814-c185-4bf9-89eb-91eaaa00e7c5image-a52dc84d-8ac2-4592-817c-178ef042eb03image-aba29305-fd8e-46b3-ac3e-6792001cbf11image-44a5300f-533d-4ec5-b747-30c6af09dbe4image-18de3844-e55c-4330-b4d9-f8dc30191f33image-5af07578-040a-4b26-9527-4ba4fe5c8343image-ceddee7a-f243-4365-958b-9e35f27a64b7image-f2355d44-76e6-43ae-9c2c-14587d52bb08

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki