image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4c1e3c2a12a5b630648c9e551caf762d

Zərdabda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunub-FOTOLAR

image-legitimaz-810x90

23 iyun 2025-ci il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib.

Xeberaz.info” xəbər verir ki, əvvəlcə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar. Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək iştirakçıları bayram münasibətlə təbrik edib. Ölkəmizin beynəlxalq aləmdə öz nüfuzunun möhkəmləndirməsinin Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başladığını qeyd edən natiq bildirib ki, cənab Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə daha da artmaqdadır. İcra başçısı çıxışında müəssisələrdə çalışan dövlət qulluqçularının rayonun sosial-iqtisadi  və mədəni inkişafına çox böyük töhfələr verdiklərini qeyd edib.

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş mütəxəssisi Kərim Umudov və Rayon İHB-nın Hüseynxanlı kənd İƏD üzrə nümayəndəsinin müavini  Nahid Nuriyev rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

image-4c1e3c2a12a5b630648c9e551caf762d

image-1a2dfaa7a91e2b157573835dccb45133

image-726af2d884416a6c176fb8550384f9be

image-39b9b8f9bb511de4d54a4f8c1ca93f2a

image-e682914e9c3f36e315d631cef9afa2d6

image-e839393da80e0fe79bc45fc75b1401ff

image-dcbfeaec0b0e52a7af284f885d6d6df2

image-b97cb6cf792de16c955cdd7827aba9e8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki