image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8cd4c083-f10c-4727-8b7a-4b76c038c9dd

Zərdabda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilib

image-legitimaz-810x90

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 03 mart 2026-cı il tarixində Zərdab Rayon Heydər Əliyev Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbirdə UADM, RİH, Rayon Mədəniyyət Mərkəzi, Rayon Heydər Əliyev Mərkəzi, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və kənd filialları, rayon inzibati ərazi dairəsi üzrə kənd nümayəndələri və bələdiyyələri, Rayon Mərkəzi Xəstəxanası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi, Rayon Təhsil sektoru, Zərdab Peşə Liseyi, Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filialı, Gənclər Evi SXM-in əməkdaşları və icma sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, qadınların idarəetmə proseslərində fəal iştirakının davamlı sosial-iqtisadi tərəqqiyə töhfə verdiyini vurğulayıblar. Çıxışlar mövzuya uyğun olaraq hazırlanmış təqdimatla müşayiət olunub, qadınların qərarqəbuletmə mexanizmlərində təmsilçiliyi, mövcud çağırışlar və perspektivlər barədə ətraflı məlumat verilib. İctimai dinləmə zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib, gender bərabərliyinin təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub. Tədbir qarşılıqlı müzakirə şəraitində davam edib və mövzu ətrafında geniş diskussiya ilə yekunlaşıb.

image-8cd4c083-f10c-4727-8b7a-4b76c038c9ddimage-2b4f647e-0bb9-4155-8dbc-7c5fe6867584image-e9279efe-615d-4ab9-8363-69c2d4154e6eimage-f2ec93df-b0e0-4271-a34f-3b27672198d7image-c6bcd9ab-b5b2-42ac-8fb6-287175efa54fimage-8cddddc0-b965-4e7b-8d5c-455ee9bf9e28image-71bf58aa-6039-4b21-b430-229324ef7ca3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki