Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM), Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Zərdab rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 23 sentyabr 2025-ci il tarixində Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar UADM, Kitabxana, gənclər və idman sektoru və Gənclər Evinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, icma sakinləri, xeyriyyəçi, vətənpərvərlik mövzusunda şeirlərin müəllifi Mariya Zərdabinin iştirakı ilə vətənpərvərlik mövzusunda maarifləndirici görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra tədbirdə çıxış edən natiqlər tarixi Zəfərimizdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində hərbçilərimizin misilsiz şücaətlərindən qürurla bəhs edib, şəhidlərimizin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.