image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-556863258_660317277126338_6263379434808186559_n

Zərdab rayonunda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilib

image-legitimaz-810x90
Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən Zərdab rayonunda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilib.
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər.
Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.
image-556863258_660317277126338_6263379434808186559_nimage-556820215_660315533793179_6732553615099959299_nimage-556144370_660315870459812_2467717406523028890_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki