image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1757929314409

Zərdab rayonunda Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbi üçün tikilmiş yeni binanın açılış mərasimi keçirilib

image-legitimaz-810x90

Zərdab rayonunda Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbi üçün tikilmiş yeni binanın açılış mərasimi keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq və mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə Dəli Quşçu kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün məktəbin həyətində tikilmiş abidənin önünə gül dəstələri qoyulub, xatirələri anılıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Qeyd edib ki, son illərdə təhsil sahəsində qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsidir.
Millət vəkili Jalə Əliyeva əlamətdar gün münasibətilə şagirdlərə təbriklərini çatdırıb, həmçinin onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. O, dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkəmizdə təhsilin keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən danışıb.
Daha sonra çıxış edənlər yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edərək təhsil işçiləri və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, 264 şagird yerlik məktəb binasında 13 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya, 2 texnologiya otağı, 1 informatika otağı, hərbi hazırlıq kabineti, kitabxana, akt zalı və yeməkxana fəaliyyət göstərəcək. Şagirdlərin idmanla məşğul olması üçün də geniş imkanlar yaradılıb. Məktəbdə 288 kvadratmetrlik əsas idman zalı, əlavə 28 kvadratmetrlik idman guşəsi və 2200 kvadratmetr sahəsi olan futbol meydançası istifadəyə verilib.

image-e8064133785146b2cc2be1dfb0922d6c
 

image-fb_img_1757929303265image-fb_img_1757929305951

image-fb_img_1757929314409

image-528ede2fc88d11c2cfbbf1c508686b01

image-f780c7957e3ebaac2d502a91fe8e0884

image-5735e3dfbe80c973eb95894d7214311f

image-fb_img_1757929324495

image-bc9a8f2421194546aa59a2bd519a338a

image-fb_img_1757929330655


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki