image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-514421442_3249758735181684_2212848530379078218_n

Zərdab rayonunda Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib – FOTOLAR

image-legitimaz-810x90
Zərdab rayonunda Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Zərdab rayon icra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, rayon Polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayev, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislər iştirak ediblər.
”Xeberaz.info” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər.
Rayon polis şöbəsində keçirilən tədbirdə çıxış edən icra başçısı Mərdan Camalzadə polis əməkdaşlarının hər birini təbrik edərək onlara çətin və çox şərəfli xidmətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, yarandığı gündən şərəfli bir yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət etmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirdiyi qeyd olunmuşdur.
Daha sonra çıxış edən rayon polis şöbəsinin rəisi polkovnik-leytenant Ramil Salayev daxili işlər orqanlarının yaranma tarixindən və keçdiyi inkişaf yolundan bəhs etmiş, Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daxili işlər orqanlarına və əməkdaşlarına göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulamışdır.
Sonda xidmətdə fərqləndiklərinə görə bir qrup polis əməkdaşına icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.
Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən və rayon polis şöbəsinin rəhbəri tərəfindən bir qrup polis əməkdaşları işlərində fərqlənməyə görə təltif olunublar.
Xeberaz.info”   Vüqar Rəhimov 
image-515501544_3249756578515233_6042506517711313133_nimage-514197254_3249756801848544_2207989161015009882_nimage-514410178_3249757135181844_6237274058567501136_nimage-506341033_3249757498515141_2079435149775492264_nimage-514194443_3249757571848467_9094891736384885690_nimage-514399734_3249757675181790_9155604483308306363_nimage-506495197_3249757908515100_6950691622465118128_nimage-515266801_3249758055181752_9019427605761405669_nimage-514421442_3249758735181684_2212848530379078218_nimage-515446564_3249758771848347_4620053524544207103_nimage-514404465_3249758801848344_5992892077442768010_nimage-514201802_3249758855181672_4194478452814979840_nimage-514187934_3249758885181669_3582563366255742844_nimage-514186112_3249759601848264_1648230091555733630_nimage-515491670_3249759685181589_7542334042226061935_nimage-515441571_3249759731848251_7406122319513719754_nimage-514219192_3249759768514914_4502559310761686413_nimage-514414676_3249759831848241_995565611176822917_nimage-515438196_3249759911848233_3726536738126558905_nimage-514403450_3249759978514893_3142600914821674624_nimage-514409174_3249761198514771_6225005599318374795_nimage-514409982_3249760021848222_2514985939812273352_nimage-506593916_3249760198514871_2617145226029038616_nimage-514414653_3249760311848193_3448258126640387692_nimage-514192693_3249760401848184_5540346130115076303_nimage-515444747_3249760485181509_4964621622773948897_nimage-514416561_3249760621848162_1037348043427104861_nimage-514409504_3249760708514820_8357110863092640587_nimage-515444719_3249760741848150_430215627164926142_nimage-514399761_3249760791848145_4235491823659199828_nimage-514396913_3249761011848123_5727555992407064224_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki