Zərdab Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
“Xeberaz.info” xəbər verir ki, konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri-Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli və ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirakçıları salamlayaraq, Zərdab rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.
Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib.
Sonra Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov çıxış edərək ötən dövr ərzində şuranın fəaliyyəti barədə hesabat xarakterli məruzə edib.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri-Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb.
Zərdab Rayon Ağsaqqallar Şurasının üzvi, şəhid atası Qədir Hüseynov və digər çıxış edənlər, Ağsaqqallar Şurasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən söz açıblar. Əmin olduqlarını bildiriblər ki, təşkilat gələcəkdə öz fəaliyyətini daha səmərəli şəkildə quracaqdır.
Konfransda təşkilati məsələlərə baxılıb. Sonda xatirə şəkli çəkilib.