image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1657791343_293593854_5246329868749573_2633019121663083529_n_1749732822

Zəngəzur dəhlizi

image-legitimaz-810x90

Zəngəzur dəhlizi

Azərbaycanda  44 günlük Vətən müharibəsinə zəfər nöqtəsi  qoyulandan sonra  vətənimizin bir parçası olan Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə bağlı  fəaliyyətə başlanıldı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına  əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə  işə başlanıldı. Bir müddət sonra Azərbaycan və Türkiyə arasında  Şuşa Bəyannaməsi imzalanarkən də  bu məsələyə xüsusi toxunan  Prezident cənab İlham Əliyev belə söylədi: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də cənab İlham Əliyevin təbirincə desək,  Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq, tikilib başa çatacaq. Azərbaycan xalqı illər öncə əlindən alınmış Zəngəzura sahib çıxmaq şansı qazanacaq.  Zəngəzur dəhlizi  böyük Turan yolunun bir parçası olacaq.

Bu gün Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş olur. Ermənilər bunu  da çox gözəl bilirlər. Zəngəzur dəhlizinin gələcək perspektivinin nə qədər əhəmiyyətli olduğunu  anlamazdan gəlmirlər. Dərk edirlər ki,  Zəngəzurun Ermənistan daxilində qalması türk dünyasının coğrafi parçalanması deməkdir. Çünki bu ərazi türk dünyasını birləşdirən ən əlverişli körpü rolunu oynayır. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Nə xoş ki Müzəffər Ali Baş Komandan İlham Əliyev mənfur  düşmənin arzusunu gözündə qoydu. Daşnakların türk dünyasının parçalanacağı barədə  arzuları gözlərində qaldı, ümidləri puça çıxdı.
Zəngəzur dəhlizinin çox böyük regional  və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlar. Bəzi ekspertlərin fikrinə görə,  Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu, on illərlə bir milli hədəf, Ulu Öndərin  həyata keçirmək istədiyi missiya idi. Həmin missiyanı Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev davam etdirərək hədəfə çatdırdı. “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”, –  deyərək məsələyə nöqtə qoydu.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki