image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b9426c07968f2309ce1a1d3fa378ed87

Zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ – “Seysmik fırtına” başladı

image-legitimaz-810x90

Türkiyəli mütəxəssis Muzaffer Özburan Kütahyanın Simav rayonunda 2025-ci ilin əvvəlindən bu yana 1350 zəlzələnin qeydə alındığını, bu təkanların 1250-sinin son 1,5 ayda baş verdiyini bildirib.

”Xeberaz.info” “Hürriyet”ə istinadən xəbər verir ki, Özburan son günlər bölgədə seysmik aktivliyin yenidən artdığını deyib.

“İyunun 10-da Simavda baş verən 4,5 bal gücündə zəlzələ bir çox yerdə hiss olunub. Aprelin 21-də baş verən 4,3 bal gücündə ilk zəlzələdən indiyədək ən böyüyü 4,6 olmaqla 4 baldan yuxarı 8 təkan qeydə alınıb” – mütəxəssis qeyd edib.

Özburan zəlzələlərin Simav Fay Zonası, Emet-Gediz Fay Zonası və Naşa Fay Zonası arasındakı ərazidə baş verdiyini xatırladıb. O, bölgədəki seysmik aktivliyin “zəlzələ fırtınası” olduğunu vurğulayıb: “Simavdakı zəlzələlərin geotermal mənşəli ola biləcəyini düşünürük. Araşdırmalar tamamlandıqdan sonra əsl cavabı verə bilərik”.

Özburan əlavə edib ki, seysmik aktivliyin baş verdiyi bölgə indiki aktiv qırılma xəritəsində görünmür, lakin zəlzələlər şimal-qərb və cənub-şərqə uzanan Naşa Fay Zonası ilə eyni uzantıda baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki