Korrupsiya qalmaqalı fonunda Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna ordusunun keçmiş baş komandanı və ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ilə əvəz oluna biləcəyi barədə fərziyyələr var.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Sundey Tayms” məlumat yayıb.
Nəşr qeyd edib ki, ictimaiyyət Zalujnının 2024-cü ildə Ukrayna qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsini Zelenskinin siyasi rəqibini uzaqlaşdırmaq cəhdi kimi qəbul edib.
Məlumata görə, Ukraynanın Böyük Britaniyadakı səfiri yeganə şəxsdir ki, onun reytinqi prezidentin reytinqinə yaxındır.
Xatırladaq ki, noyabrın 20-də Ali Radanın deputatı Anna Skoroxod Zalujnının müvəqqəti hökumətə rəhbərlik etmək üçün vətəninə qayıda biləcəyini elan etmişdi.


























