Volodimir Zelenski yenidən Ukrayna prezidenti seçilmək üçün namizədliyini irəli sürməyə ümid edir və artıq rəqiblərini təqib etmək üçün kampaniyaya başlayıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib.
Nəşr xatırladıb ki, siyasətçi dəfələrlə Qərb mediasına müsahibələrində istefa verməyə hazır olduğunu bildirib. Bununla belə, hakim “Xalqın qulluqçusu” partiyasından olan iki deputat “Politico”ya deyib ki, Zelenski yenidən seçilmək perspektivləri ilə bağlı nikbindir və Ali Rada üzvlərini, fəalları və jurnalistləri Qərbdə Ukraynanın davamlı olaraq yaltaq imicini nümayiş etdirməməkdə günahlandıraraq, siyasi opponentlərini tənqid edib.
Ukraynanın keçmiş naziri iddia edib ki, Zelenskinin ofisinin rəhbərliyi onlara qarşı çıxış edənlərə qarşı cinayət işi açmaq, başqa sözlə, rəqiblərini şantaj etmək taktikasına əl atır.