image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-3a754dfe38ffaad63a84fc23576882ed

Zelenski: “Təcavüzkarla ticarət etmək yox, onu dayanmağa məcbur etmək lazımdır”

image-legitimaz-810x90

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xarkovda yerləşən trolleybus deposuna dron hücumu nəticəsində baş verən dağıntıları nümayiş etdirib.
”Xeberaz.info” xəbər verir ki, Zelenski bu hadisəyə münasibət bildirərək beynəlxalq ictimaiyyəti sərt mövqe tutmağa çağırıb.

“Rusiyanın strategiyası həyatı dağıtmaqdan ibarətdir. Rusiya bu siyasətindən yalnız ona qarşı kifayət qədər təzyiq göstəriləcəyi təqdirdə imtina edər. Hətta təzyiqin azaldılması və ya sanksiyaların yumşaldılması ilə bağlı danışmaq belə Moskvada siyasi qələbə kimi qiymətləndirilir və onları yeni hücumlara və diplomatiyanı görməzdən gəlməyə təşviq edir,” – deyə Zelenski bildirib.

O, dünya ölkələrini – ABŞ, Avropa və sülh istəyən hər kəsi – qərarlı və güclü davranmağa çağırıb:

“Təcavüzkarla ticarət etmək yox, onu qətlləri dayandırmağa və təhlükəsizliyi bərpa etməyə məcbur etmək lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki