image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17689329725216531723_1200x630

“Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir

image-legitimaz-810x90

“Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir

Prezident cənab İlham Əliyevin Davosda “Euronews” telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Cənab Prezident qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasi inkişaf yolu, suverenliyinin və ərazi bütövlüyünün bərpası beynəlxalq hüquq və ümumi dəyərlər çərçivəsində olub. Bu yanaşma kiçik və orta ölkələr üçün milli maraqları qoruyarkən beynəlxalq normalardan kənara çıxmadan fəaliyyət göstərmək nümunəsidir. Müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olundu.

Cənab Prezident Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan “İnsanlar Arasında Qardaşlıq” mövzusunda Zayid Mükafatına layiq görülməsi ilə bağlı təbriklərə cavab verərkən bildirdi ki, bu nüfuzlu mükafatı 30 ildən artıq qan tökülməsi, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün bərqərar edilməsi səylərinin qiymətləndirilməsi kimi qəbul edir. Sülh prosesinin deklarativ deyil, praktik xarakter daşıdığını göstərən konkret faktlar müsahibədə xüsusi yer tutdu. Prezident Əliyev bildirdi ki, Azərbaycan Ermənistana yük daşımaları üzərindəki bütün məhdudiyyətləri götürmüşdür. Bundan da əhəmiyyətlisi, Azərbaycan Ermənistanın böyük ölçüdə asılı olduğu neft məhsulları daxil olmaqla kritik əhəmiyyətli mallarla təchiz edilməsinə başlamışdır. “Bu, hər iki tərəf üçün qazanc deməkdir. İnanıram ki, Ermənistan və Azərbaycanın, o cümlədən vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli sülhə deyil, əbədi sülhə nail olacağıq. Bu, bizim məqsədimizdir” – Cənab Prezidentin bu açıqlaması regional sülhə yanaşımda uzunmüddətli vizyon və qətiyyətin göstəricisidir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki