image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1746596437_37bb4998-7ca9-4bd6-884b-e3ee916e2497

Yevlaxda 592 ədəd çətənə kolu əkən 2 nəfər saxlanılıb

image-legitimaz-810x90
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “XEBERAZ.İNFO“-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki