image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1753264518388

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti vətəndaş qəbulu keçirmişdir

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq,

Xeberaz.info” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.
Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən müxtəlif məzmunlu məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

image-fb_img_1753264518388 image-fb_img_1753264516103 image-fb_img_1753264513117


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki