Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi.
Yeni Azərbaycan Partiyasının yaradılması, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı dərin böhran vəziyyətində tarixi bir ehtiyac kimi formalaşmışdır. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan ağır iqtisadi çöküntü, siyasi qeyri-sabitlik və Ermənistan təcavüzü ilə üzləşmişdi. Bu şəraitdə cəmiyyəti birləşdirəcək, dövlətçilik ənənələrini bərqərar edəcək və ölkəni dağılma təhlükəsindən xilas edəcək yeni bir siyasi qüvvəyə ehtiyac aşkar şəkildə hiss olunurdu. Məhz bu tarizi məqamda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası, ölkədə sabitliyin təmin edilməsi və dövlət suverenliyinin gücləndirilməsi kimi əsas vəzifələri öz üzərinə götürdü. Partiya, milli birlik ideyasını irəli sürərək, cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyə çalışdı. Bu yanaşma, ölkənin ən çətin dövründə onu xaosdan qurtarmaq üçün həyati əhəmiyyət kəsb edirdi.
Partiyanın yaradılmasının obyektivliyi onun irəlilədiyi prinsiplər və həyata keçirdiyi siyasətlərdə də özünü göstərdi. YAP, ideologiyasını radikal və ekstremist yanaşmalardan uzaq, müasir, dünyəvi və vətəndaş həmrəyliyinə əsaslanan bir platforma üzərində qurdu. Bu, həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə balanslaşdırılmış və pragmatik bir xəttin yeridilməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyasının yaranması ölkə tarixinin tələbi idi. O, Azərbaycanı daxili münaqişələrdən xilas edib, güclü mərkəzləşdirilmiş dövlət idarəçiliyinin formalaşmasına, iqtisadi islahatların həyata keçirilməsinə və nəhayət, müasir dövrün tələblərinə cavab verən inkişaf modelinin qurulmasına həlledici töhfə verdi. Bu səbəbdən, onun yaradılması dövrün obyektiv zərurəti kimi qiymətləndirilir.
Zərdab rayonu Otmanoba kəndi kənd sakini – Arzu İbrahimova























