image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-532577054_767909349168132_6136286224386944851_n

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təsis edilməsinin 32 illiyi qeyd olunub – FOTO

image-legitimaz-810x90
Avqustun 14-də YAP Zərdab rayon təşkilatının yaradılmasının 32 illiyi münasibəti ilə tədbir keçirildi.
Xeberaz.info” xəbər verir ki, tədbir iştirakçıları öncə Zərdab şəhər Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş Partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu. Çıxışında YAP Zərdab rayon təşkilatının yaradılmasının 32 illiyi münasibəti ilə iştirakçıları təbrik edən İlkin Əliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təkcə siyasi hadisə deyildi, eyni zamanda milli iradənin, xalq birliyinin nümayişi, dövlətçilik yolunun xilası idi. Yarandığı gündən üzərinə götürdüyü tarixi missiyanı davam etdirən Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ərazi bütövlüyümüzün bərpasından sonra bölgənin inkişafı, iqtisadi tərəqqi, güclü ordu və sosial rifah siyasətini uğurla həyata keçirir. O bildirdi ki, Partiyanın digər şəhər və rayon təşkilatları kimi YAP Zərdab rayon təşkilatı da hər zaman Azərbaycan xalqının Ümummilli lideri, Partiyanın qurucusu Heydər Əliyev irsinin təbliği və təşviqi, partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin ictimaiyyətə çatdırılması və təbliğ olunması, rayon sakinləri arasında Partiyaya olan etimadın daha da artırılması, gənclər arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini uğurla həyata keçirir.
Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan siyasətinə yeni nəfəs, yeni ideya, yeni inkişaf strategiyasının gəlmiş olduğunu, Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkədə sabitliyin bərpa olunduğunu, dövlət institutlarının möhkəmləndirildiyini, iqtisadiyyatın dirçəldiyini bildirdi. Diqqətə çatdırdı ki, hazırda Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası qarşıya qoyulmuş hədəflərə ardıcıl şəkildə və yüksək səviyyədə nail olur, ölkəmizin imza atdığı uğurlara böyük töhfələr verir.
Tədbirdə Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Partiya veteranı Emin Eminov, Partiya fəalı Röya Əlisürətli çıxış edərək Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranmış Yeni Azərbaycan Partiyasının ötən zaman kəsiyində özünü bütün mənalarda təsdiqlədiyini, yeni tarixin çalarlarını özündə birləşdirməyi bacardığını, məhz xalqımızın Ulu Öndər Heydər Əliyevə olan dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində, o cümlədən Zərdab rayonunda onun təşkilatlanması prosesi başlanıldığını və qısa zamanda Partiyanın sıralarının sürətlə artdığını bildirdilər.
Sonda yubiley yaşı olan, o cümlədən fəaliyyətlərinə görə fərqlənənlərə təşəkkürnamə və hədiyyələr, Partiya üzvlüyünə yeni qəbul olunanlara isə vəsiqələr təqdim olundu.
image-533130979_767905932501807_6617093006345655986_nimage-533681658_767906152501785_1574154141554036768_nimage-532328246_767906465835087_7791519694514839669_nimage-533024095_767906592501741_7757468344498274455_nimage-534366865_767906735835060_8031323747537283260_nimage-533978737_767906939168373_9099925038028776228_nimage-532234895_767907085835025_2146360801453788779_nimage-533069161_767907405834993_6254361213602720048_nimage-532937143_767907502501650_8770629951907153820_nimage-532546424_767907625834971_877565287022250926_nimage-533861605_767907755834958_4202902191196207090_nimage-532552624_767907825834951_5020863761937318745_nimage-532179470_767908089168258_15807400871299016_nimage-532552438_767908315834902_91005331762826031_nimage-532484747_767908279168239_2105651848002747368_nimage-532123387_767908312501569_4766664914059360497_nimage-532884768_767908282501572_8339746239531313107_nimage-532691485_767908319168235_8879821696345536288_nimage-533565122_767908589168208_8384278620519516207_nimage-532553920_767908592501541_7495830400220161719_nimage-532658700_767908595834874_940086222217619860_nimage-532252237_767908602501540_5008840539152611823_nimage-533026433_767908599168207_6096228793553058919_nimage-532913413_767909009168166_6558604437897458662_nimage-533669797_767909025834831_6685324961868279341_nimage-532384240_767909022501498_1684527360923929199_nimage-533596277_767909005834833_342911431465335257_nimage-532562297_767909042501496_8091992777409500263_nimage-532242680_767909312501469_2291308971731088080_nimage-532184800_767909309168136_4975951012240043422_nimage-533495144_767909332501467_7215628740357531467_nimage-532577054_767909349168132_6136286224386944851_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki