image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751263220-55ffc729-704c-37cb-9fea-7be4a1101e94_850

Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək

image-legitimaz-810x90

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bu gün Azərbaycana yola salınacaq.

”Xeberaz.info” xəbər verir ki, Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə axşam Bakıya çatacaq.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki