image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2cf05088455adfad2dc7503e6cbb89fa

Yaxşı ki, prezident Tramp “yox” deməyib – Zelenski

image-legitimaz-810x90

Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, o, ABŞ prezidenti Donald Trampla görüşündə Tomahavk raketlərinin alınması ilə bağlı istədiyi qərarı əldə edə bilməyib.

Xeberaz.info xəbər verir ki, NBC News telekanalına müsahibəsində Zelenski belə bir qərarın olacağına ümid etdiyini bildirib: “Ukrayna istehsalı olan minlərlə uzaqmənzilli drondan hərbi məqsədlər üçün istifadə edirik. Amma Rusiya təkcə İran pilotsuz uçan aparatlarından istifadə etmir, həm də öz pilotsuz təyyarələrindən, eləcə də Rusiya və Şimali Koreya istehsalı olan raketlərdən istifadə edir. Bizə uzaqmənzilli “Tomahavklar” və bu qəbildən olan silahlar lazımdır. Yaxşı ki, prezident Tramp hələ ki, “yox” deməyib”.

O əlavə edib ki, Putin bu raketlərin Ukraynaya mümkün transferindən ehtiyat edir, çünki bu, “oyun qaydalarını dəyişəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki