Yaxın keçmişimiz olan 1993-cü ildə baş verənlər hər kəsin xatirindədir
Dövlət büdcəsi boşaldılmış, sərvətləri talan edilmiş, idarəçilik sistemi dadağılmışdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu. 1994-cü ildə oktyabr, 1995-ci ildə mart aylarında dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycanın iqtisadi diçəlişinin tarixi bünövrəsi dəməhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişinin ilk illərində iqtisadi sektorda çox böyük addımlar atıldı, islahatlar həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlanıldı, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı.
Əgər Heydər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, Ermənistan daha böyük əraziləri işğal edib onun üzərində nəzarətini hüquqi müstəvidə dünyaya tanıtdıracaqdı: “Hələ sovet dövründə ermənilərin yeganə çəkindiyi, ehtiyat etdiyi siyasətçi Heydər Əliyev idi. Ulu öndər hələ 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə buna ilk sevinənlər erməniklər oldu. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ermənilər onu da etiraf edirlər ki, cənab Prezident İlham Əliyev Qarabağ məsələsində hətta atası Heydər Əliyevdən də daha barışmaz idi. Əlbəttə ki, cənab İlham Əliyevin prinsipial vətənpərvər ruhda formalaşması, müstəqillik, ərazi bütövlüyü kimi həyati əhəmiyyətli məsələlərdə heç bir kompramisəgetməmək kimi mövqeyə sahiblənməsi valideynlərinin ailədə aşıladığı tərbiyədən, ideologiyadan irəli gəlir. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Ulu öndərim yarımçıq qalan missiyasını tamamlayan cənab İlham Əliyev bütün dünyada tarix yazdı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv, azad görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini