image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kardes_ulke_azerbaycanda_gezilecek_8_yer_ve_lezzetlerle_dolu_mutfagi_1601475111_6158

Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq

image-legitimaz-810x90

Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq

Son illərdə dünyada alternativ enerji mənbələrinin inkişafı beynəlxalq maliyyə təşkilatlarının əsas hədəflərindən birinə çevrilib. Xüsusən də 2022–2024-cü illərdə bu istiqamət daha da sürətlənib. Həmin dövrdə təkcə Azərbaycanda bərpaolunan enerji mənbələrinə 600 milyon dollardan artıq sərmayə cəlb olunub. Azərbaycanın enerji strategiyasında bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı ölkənin əsas prioritetlərindəndir. Təsadüfi deyil ki, ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident cənab İlham Əliyev tərəfindən də mühüm vəzifə olaraq əsas xətt kimi qəbul olunub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirilməsi də bunu bariz nümunələrindəndir.

Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridirş Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, Günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu, rəsmi rəqəmlərdir və potensialına görə çox yüksək qiymətləndirilir. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası olacaqdır. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası dövlətimiz tərəfindən artıq müəyyənləşdirilib. Təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən təsdiqlənən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədində 5 milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” əsas hədəflərdəndir. 2030-cu ilədək Azərbaycan karbon emissiyasını 35 faizə yaxın azaltmaq niyyətindədir. Əsrin ortalarına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub. Son illərdə dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da daxildir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan yaşıl enerjiyə keçidə hazırlaşmaqdadır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələr və qarşıya qoyulan məqsədlərə doğru inamlı addımlar dünya ictimaiyyətinin də nəzərindən kənarda qalmayıb. Beləliklə, Azərbaycan bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik enerjinin sayəsində karbon emissiyasını azaldaraq bəşəriyyətə öz töhfəsini verəcək. Həm də ölkədə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqla digər enerji mənbələrinə qənaət edəcək, o cümlədən yaşıl enerji ixracatçısına çevrilməklə respublikanın iqtisadi inkişafına nail olacaqdır.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki