“Konstitusiya və Suverenlik İli” çərçivəsində “5 dekabr Beynəlxalq Könüllülər Günü” münasibəti ilə YAP Zərdab rayon təşkilatı tərəfindən könüllülər və fəalların iştirakı ilə görüş keçirildi.
Xeberaz.info xəbər verir ki, ilk öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev “5 dekabr Beynəlxalq Könüllülər Günü” münasibəti ilə iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşmış Yeni Azərbaycan Partiyası hazırda Partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Ölkəmizdə uğurla icra olunan Dövlət Proqramlarını, işğaldan azad olunmuş bölgələrimizdə reallaşan layihələri, əhalinin sosial rifahının yüksəldilməsi yönündə atılan addımları, ictimai sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran İlkin Əliyev, həyata keçirilən tədbirlərin əhali arasında təbliğinin xüsusi əhəmiyyətini bildirdi.
Çay süfrəsi ətrafında davam edən görüşdə rayonun ictimai-siyasi həyatında fəalların, xüsusi ilə gənclərin aktiv iştirakı, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunması, qarşıda duran vəzifələr, mövcud resurslardan istifadə olunmaqla təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində məlumatlar diqqətə çatdırıldı, qarşılıqlı müzakirələr aparıldı, yüksək nəticələrin əldə olunması üçün həmrəylik və ardıcıl fəaliyyətin vacibliyi qeyd olundu.
Sonda fəaliyyətlərinə görə fərqlənmiş partiya fəallarına YAP Zərdab rayon təşkilatının təşəkkürnamələri təqdim edildi.








































