image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yap_logo_090223-780x470-2

YAP yeni zirvələrə doğru inamla addımlayır

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə  hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz  yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

Dövlətimizin  başçısı, YAP-ın sədri cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Hər bir hədəf müasir, müstəqil, qalib Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqların dirçəlməsi və Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövlətimizin  başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır.

 

 

Zərdab rayon Allahqulubağı kənd sakini, YAP üzvü-İsrəfil İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki