image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-whatsapp-image-2025-11-19-at-20-28-34

YAP xalqın partiyasıdır

image-legitimaz-810x90

YAP xalqın partiyasıdır

Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 ili tamam olur. 33 il partiyanın tarixini o qədər uğur, qələbə səhifələri ilə zənginləşdirib ki, onların xronologiyasını belə tam əhatə etmək qeyri-mümkündür. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasını belə xarakterizə edirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildi. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Ümummilli Liderin bu fikirləri Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyası bunu 33 ildə cəmiyyətə təqdim etdiyi hədəflərində və onlara doğru atdığı inamlı addımlarında təsdiqləyir. Hər dövrün çağırışlarını həyata keçirmək üçün səylər göstərilir, mühüm addımlar atılır. 33 illik yol Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin, populizmdən uzaq partiya olduğunun təsdiqidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi həm ölkəmizin, həm də partiyanın uğurlu gələcəyi üçün möhkəm təməl yaratdı. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidinə çevrilən xalq gələcəyə böyük inamla addımladı. Xalqın Ümummilli Lider Heydər Əliyev siyasətinə inamı və etimadı böyükdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olaraq Azərbaycanın müstəqillik tarixinə bələdçilik edir, qələbədən-qələbəyə doğru inamla irəliləyir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki