image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-yap_logo_090223-780x470-2

YAP xalqın partiyasıdır

image-legitimaz-810x90

YAP xalqın partiyasıdır

Yeni Azərbaycan Partiyası (YAP) müasir Azərbaycanımızın siyasi sistemində özünəməxsus yeri və tarixi missiyası olan bir təşkilatdır. 1992-ci ildə xalqımızın tələbi ilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaradılan bu partiya, ölkənin gələcək inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin rihahının yüksəldilməsi istiqamətində mühüm addımlar atmışdır. Yeni Azərbaycan Partiyasının əsas gücü onun xalqla olan vəhdətində, milli maraqlara sadiqliyində və daim yenilənən idarəçilik fəlsəfəsindədir.  Partiyanın yaranması Azərbaycanın taleyüklü dövrünə təsadüf edir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyindəki böhran, separatizm təhlükəsi və vətəndaş qarşıdurması ölkəni uçuruma aparırdı. Belə bir şəraitdə YAP-ın meydana çıxması xalqımızın sabitlik və inkişaf arzusunun ifadəsi idi. Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyası ilk gündən xalqın partiyası, milli maraqların müdafiəçisi kimi qəbul olundu. YAP-ın fəaliyyətinin əsasında siyasi məsuliyyət, dövlətçilik amalı və insanların rifahına xidmət dayanır. Partiyanın qurucusu ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasətin mərkəzində isə vətəndaş amili, yəni xalqımızın maraqları dayanır. YAP cəmiyyətimizin bütün təbəqələrini əhatə edən geniş sosial bazaya malikdir və bu baxımdan Azərbaycan siyasi həyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının xalq partiyası kimi möhkəmlənməsinin əsas səbəblərindən biri onun ölkəmizdə sabitlik və inkişaf prosesinə verdiyi töhfədir. İqtisadi islahatlar, sosial layihələr, regionların inkişaf proqramları, müasir infrastrukturun qurulması, ordu quruculuğu sahəsində əldə edilən naliyyətlər partiyanın siyasi iradəsini və praktik fəaliyyətini təsdiq edir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi Zəfərin əldə olunması YAP-ın rəhbərlik etdiyi ölkə modelinin gücünü göstərir. Yeni Azərbaycan Partiyasının gənclər siyasəti də xüsusi qeyd edilməlidir. YAP hər zaman gənc nəslin inkişafını, onların təhsil imkanlarının genişləndirilməsini, gənclərin idarəçilikdə fəal iştirakını dəstəkləmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında minlərlə gəncimiz dövlət quruculuğunda aktiv rol oynayır və ölkəmizin uğurlu gələcəyinə töhfə verir. Yeni Azərbaycan Partiyası elə bir partiyadır ki, şəffaflıq, yenilikçilik, müasir idarəetmə prinsiplərini özündə birləşdirir.Partiyanın təşkilati srtukturu dinamikdir. Nəticə olaraq Yeni Azərbaycan Partiyası təşkilat deyil həmdə Azərbaycan xalqının istəklərini ifadə edən güclü ictimai dayaq nöqtəsidir.

 

 

  1. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki