image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-dcb8f45f161486289966726719710844571-768x403-1

YAP xalqın partiyasıdır

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür. Bu illər ərzində Partiyamız çox ağır, lakin şərəfli bir yol keçib. Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə, 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi, ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin. 1992-ci il noyabrın  21-də Naxçıvan şəhərində  Azərbaycanın müxtəlif regionlarından  550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi daim vurğulandığı kimi, sadəcə bir statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, möhkəm təmələ əsaslanan siyasətə dəstəyin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev   Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə 19 noyabr 1994-cü ildə keçirilən ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirmişdir: «Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da  həqiqət üzərində  qurulmuşdur. Buna görə də, bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması  mənim təşəbbüsümlə olmayıbdır.  Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində  yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.» Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə  kimi qiymətləndirilir. 1993-2003-cü illər Azərbaycan tarixinə  dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının   rolu  inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi. Tarixdə şəxsiyyətlərin rolunu daim xüsusi qeyd edən  Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin fəaliyyətini  buna bariz nümunə kimi göstərir: «Bütün dövrlərdə – həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir.»   Hakimiyyətinin hər iki dövründə xalqa, Vətənə xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib.  Bu gün  Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Azərbaycanın uğurları  başqa ölkələrlə müqayisə oluna bilməz.  İqtisadi inkişaf, həyata keçirilən nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir.

Bu gün, ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir Partiya yoxdur. Ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyev deyir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz Lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası Liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”. Sirr deyil ki, bu gün, Yeni Azərbaycan Partiyası Ümummilli Partiyadır. Bu gün Partiyamız Azərbaycanın həyatında mühüm rol oynamaqla, Azərbaycanda siyasi palitraya siyasi mədəniyyət gətirdi. Ulu Öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Təsadüfi deyil ki, bu gün, Partiya üzvlərinin sayı günü-gündən artır. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir.

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki