image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-resize_4ee7b570469e45fc1fdc9a8d8bc3ca45

YAP xalqın partiyasıdır

image-legitimaz-810x90

YAP xalqın partiyasıdır.

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki Azərbaycanın, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 33 illiyini qeyd edir. 33 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə yeni yaradılacaq partiyanın gələcəyinə inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir.
Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir.33 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır.Tarixin sınaqlarından şərəflə çıxan, 33 ili zəngin uğurları ilə tariximizə yazan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.
Azərbaycan yeni dövrə qədəm qoyur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib,Vətən müharibəsində parlaq Qələbə qazanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Aparılan bu davamlı inkişaf ulu öndər Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyəti dövrünü əhatə edir. Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev işlədiyi illərdə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil, qalib və bütövləşən Azərbaycan hər birimizin qürur mənbəyidir.

Zərdab rayonu Yarməmmədbağı kənd sakini-İsmayılov Oktay Maqsud oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki