image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1751270903362

YAP Saatlı rayon təşkilatında veteran üzvləri ilə görüş keçirilib –FOTO

image-legitimaz-810x90

30 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında partiyanın veteran üzvü Əzzulla İsmayılovun 70 illik yubileyi, Ərazi Partiya Təşkilat sədrləri Əlişirin Cəlilov və Müfəzzil Mustafayevin 60 illik yubileyi münasibətilə görüş keçirilib.

Xeberaz.info” xəbər verir ki , YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov yubilyarları doğum günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O qeyd edib ki, Saatlı rayonunda fəaliyyəti ilə seçilən partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə hər zaman fərqləniblər və müxtəlif sahələrdə səmərəli və məqsədyönlü fəaliyyət göstəriblər.
Göstərilən diqqətə, qayğıya və ünvanlarına söylənilən xoş sözlərə görə təşəkkürlərini bildirən ərazi partiya təşkilat sədrləri və partiya veteranı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir. Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olacaqlarını diqqətə çatdırıblar.
Görüşün sonunda Ərazi Partiya Təşkilat sədrləri Əlişirin Cəlilov və Müfəzzil Mustafayev və partiya veteranı Əzzulla İsmayılova YAP Saatlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi, görüş çay süfrəsi ətrafında davam etdirildi.
Təşkilatımızın kollektivi adından Əlişirin Cəlilovu, Müfəzzil Mustafayevi və Əzzulla İsmayılovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, uğurlar arzu edirik!

image-fb_img_1751270900632 image-fb_img_1751270893886 image-fb_img_1751270889015 image-fb_img_1751270886530 image-fb_img_1751270877763 image-fb_img_1751270880530 image-fb_img_1751270883519 image-fb_img_1751270891465 image-fb_img_1751270896826 image-fb_img_1751270903362


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki